İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ermənilərə Xankəndi mesajı: Hazırlaşın! – detallar “CANLI DEBAT”da

1155 25.05.2023 13:13 Siyasət A A

Ermənistan Baş naziri Nikol Paşinyan dünənki çıxışı zamanı həmçinin Qarabağdakı erməni separatçılarının son bəyanatına da şərh verib.

Separatçıların onun Azərbaycanın ərazi bütövlüyünü tanımasına qarşı bəyanatına qəti fikir bildirməyən Paşinyan Xankəndidən təcili Bakı ilə danışıqlara başlamasını tələb edib:

“Xankəndidən səsləndirilən bəyanata qiymət verməyəcəyəm, amma onu deyə bilərəm ki, ermənilərin haqları və təhlükəsizliyinin təminatı ilə bağlı Bakı-Xankəndi formatında beynəlxalq mexanizm çərçivəsində danışıqlar doğru istiqamətdir. Mən Qarabağdakı dostlarımızı bu gündəmə hazırlıqlı yanaşmağa çağırıram.

Digər tərəfdən Bakı da buna hazırlıqlı olmalıdır, çünki bəlkə də Xankəndidə Bakının hazırlığına şübhə ilə yanaşırlar. Bəlkə də reaksiyaların səbəbi bununla bağlıdır. Gəlin, tələsik nəticələr çıxarmayaq”, – o bildirib.

Bu və gündəmdəki bir çox xəbərlərin bu gün saat 13.20-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonaqlarımız hərbi ekspert Ədalət Verdiyev və siyasi şərhçi Elşad Paşasoydur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR