İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə Rusiyanın başını çəkdiyi platformaları bir-bir boykot edir - Sırada Avrasiya İttifaqı var

661 26.10.2023 14:39 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı və MDB-nin Bişkekdə keçirilən hökumətlərarası şuralarına getməyib, tədbirlərdə respublikanı ölkənin baş nazirinin müavini Mher Qriqoryan təmsil edəcək.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti-yə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

“Ermənistan MDB və Aİİ-nin üzvüdür. Rəsmi İrəvan Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclaslarında baş nazirin müavini Mher Qriqoryan tərəfindən təmsil olunacaq”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Paşinyan bu gün Gürcüstana birgünlük işgüzar səfərə gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR