İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan TIR karvanından yazdı: Sırf...

2275 27.07.2023 00:01 Son xəbər A A

Paşinyan Ermənistanın Laçın sərhəd nəzarət qapısından “humanitar yük” adı altında keçirmək istədiyi TIR karvanı haqqında yazıb.

Musavat.com xəbər verir ki, Tvitterdə bu barədə açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan bu TIR-larda sırf humanitar məqsədli yüklərin olduğunu bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib: "Bugünkü həyati əhəmiyyətli yükü daşıyan karvan sırf humanitar məqsədlər üçün Qarabağa göndərilib, biz Qarabağ ermənilərinin indiki vəziyyətinə göz yuma bilmərik". 

Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin həyat səviyyəsi göz qabaqında və internet portallarındadır. Mütəmadi olaraq hələ də 1990-cı illəri "yaşayan" Qarabağ ermənilərinin acınacaqlı durumu müxtəlif erməni xəbər kanalları tərəfindən işıqlandırılır. Qarabağ ermənilərinin hazırkı və son 30 ilki durumu bu qədər TIR-ın humanitar məqsədli olduğunu ifşa edir. 

 *** 

Musavat.com xəbər verir ki, Ermənistan başçısının bu sərsəm iddialarına Azərbaycan rəsmiləri operativ cavab verib. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nikol Paşinyanın açıqlamasına Tvitterdə cavab verib: 

“Brüsseldə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır. Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılması imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”, - Hikmət Hacıyev yazıb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə də Tvitterdə Paşinyanın bu açıqlamasına cavab verib. 

Ayxan Hacızadə baş verənləri təxribat adlandırıb: “Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”. 

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR