İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan Sünikə səfəri zamanı regional rəhbərliklə siçan-pişik oynayıb"

1043 19.08.2023 17:17 Siyasət A A

Xəbər verildiyi kimi, baş nazir Nikol Paşinyan artıq iki gündür Sünik bölgəsində işgüzar səfərdədir. O, Qafanda, Kacaranda, dünən isə Şurnuxda olub. Bu gün Paşinyanın Sisiana səfəri planlaşdırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti bununla bağlı maraqlı məlumat paylaşıb. Qəzetin yazdığına görə, səfərinin iki günü ərzində baş nazir, demək olar ki, vilayət rəhbərliyi və onunla birlikdə İrəvandan Sünikə gedən hökumət nümayəndə heyətinin nümayəndələri ilə siçan-pişik oynayıb.

“Bizə dedilər ki, o, hər dəqiqə səfər cədvəlini dəyişir. O, planlaşdırılan səfərlərin tarixini və gəlmə vaxtını təxirə saldı və heç kim növbəti anda onun nə istədiyini və ya hara gedəcəyini proqnozlaşdıra bilmədi. Artıq xəbər vermişdik ki, yerli jurnalistlər onu narahat etməsinlər, rəsmi xəbərləri izləsinlər”,-deyə icra hakimyyətindən çalışanlardan biri qəzetə danışıb.

İştirak edənləri Paşinyanın qeyri-sabit davranışı təəccübləndirib və bunu qorxu təzahürləri ilə əlaqələndiriblər. Milli Təhlükəsizlik Xidmətinin direktorunun onu müşayiət etməsi də bununla izah olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR