İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan sülhdən danışsa da, Azərbaycan bu addımı mütləq atacaq” – SON DƏQİQƏ açıqlaması

2178 15.06.2023 15:53 Son xəbər A A

“Xüsusi olaraq Laçının seçildiyini düşünmürəm. Demək olar ki, bütün şərti sərhədlərimizdə təxribatlar törədilməkdədir. Xüsusilə Naxçıvanı, Tovuzu qeyd etmək istəyirəm”.

Bunu Musavat.com-a açıqlamasında hərbi ekspert Alp Arslan İmamqulu deyib.

alp.png (258 KB)

O bildirib ki, bu gün istər Qarabağda, istərsə də şərti sərhədlərimizdə törədilən təxribatların arxasında birmənalı olaraq Rusiya dayanır:

“Buna səbəb onun bölgədəki siyasəti, maraqları və Cənubi Qafqazdan çəkilmək istəməməsidir. Sülh danışıqları getdiyi bir ərəfədə və Azərbaycanın strateji müttəfiqlərinin bölgədə daha da güclənməsi səbəbilə Rusiya bu cür təxribatlara əl atır və bundan sonra da atacaq.

İstənilən halda Azərbaycan öz təhlükəsizliyinə yönəlik gərəkli əməliyyatlar icra etməlidir, bu baxımdan genişmiqyaslı antiterror əməliyyatları proqnozlaşdırıla bilər. Bundan sonra investorların bölgəyə cəlbi üçün tam təhlükəsizlik təmin olunmalıdır”.

“Bu təxribatların Ərdoğanın Bakıdan ötürdüyü mesajlarla bağlılığı varmı?” sualına hərbi ekspert belə cavab verib:

“Təbii ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin, Şuşada baş konsulluğun açılacağını bəyan etməsinin, Qarabağda infrastruktur işlərinin sürətlə getdiyini qeyd etməsinin erməni təxribatlarına təsiri var. Ermənistan və onun havadarları bunun əksini sübut etməyə çalışacaq. Ermənistan Rusiyadan idarə olunur, onun ordusu da Rusiya tərəfindən diktə edilir.

Baxmayaraq ki, Paşinyan sülhdən, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan danışır, biz öz təhlükəsizliyimizi təmin etmək üçün sərt, qətiyyətli addımlar atmalıyıq”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR