İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan mətbuat konfransında niyyətini ortaya qoydu - Rusiya bazasını çıxarmaq...

1152 22.05.2023 18:46 Region A A

“Paşinyanın ardıcıl olaraq üçüncü dəfə keçirdiyi mətbuat konfransı Qarabağın yox, Ermənistanın taleyinə həsr olunmuşdu”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir erməni ekspert Beniamin Matevosyana məxsusdur.

“Bu mətbuat konfransı Qarabağı Azərbaycanın tərkibində tanımaq üçün deyil, Ermənistanın de-yure KTMT-dən çıxa biləcəyini bəyan etmək üçün çağırılıb”, - deyə, erməni politoloq qeyd edib.

WhatsApp Image 2023-05-22 at 16.07.03.jpeg (40 KB)

Onun fikrincə, Paşinyan hələ ötən ilin oktyabrın 6-da Praqada dördtərəfli formatda (Əliyev - Paşinyan - Makron - Mişel) görüş zamanı Qarabağ məsələsini özü üçün bağlayıb. Məhz o zaman qapalı qapılar arxasında bu gün kameralar qarşısında səsləndirdiyini həyata keçirib. Yəni artıq rəsmi surətdə Azərbaycanın Qarabağüzərində suverenliyini tanıyıb.

“Bundan başqa Ermənistan baş naziri “Rusiya qoşunlarının və 102 saylı hərbi bazanın çıxarılması üçün əlindən gələni edəcəyi” barədə Vaşinqtonda və Brüsseldə üzərinə götürdüyü öhdəlikləri mətbuat konfransında dilə gətirdi”, - deyə, Matevosyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR