İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Makronun önündə də “Qarabağ Azərbaycandır” imzasını atdı, amma...

1441 07.10.2023 10:25 Gündəm A A

İrəvan Bakının 5 bəndlik prinsipinə 3 şərtlə qarşı çıxır; Nikolun 1975-ci il xəritələrində niyə israr etməsi agah oldu: Qranada bəyanatından sonra “B” variantı qaldımı - təhlilçilərin rəyi

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb.

“Yeni Müsavat” bildirir ki, Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratkilometr olduğunu bəyan edib. Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb. “Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, - deyə bəyannamədə bildirilib.

Bundan öncə isə “Bu günün mühüm çağırışı sülh prosesinin bir neçə əsas prinsip əsasında davam etməsini təmin etməkdir”, - deyə Paşinyan parlamentdəki çıxışı zamanı söyləyib. O bildirib ki, bu prinsiplər haqda hamı məlumatlıdır: “Bu prinsiplər Avropa Birliyi Şurasının rəhbərinin 2023-cü il iyulun 15-də Brüsseldə verdiyi bəyanatda qeyd olunub. Prinsiplərdən biri odur ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qəbul edirlər. Yəni Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu anlayışı təsdiqlənir. Almatı bəyannaməsi delimitasiya və demarkasiya prosesinin siyasi əsasını təşkil etməlidir. Delimitasiya və demarkasiyanın hansı xəritələrə aparılacağının razılaşdırılması vacibdir. Bu, 1975-ci ilin xəritələri əsasında aparılmalıdır. Bundan əlavə, regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir. Əgər Azərbaycan bu prinsiplərə sadiqliyini açıq şəkildə təsdiq edərsə, o zaman güman etmək olar ki, sülh müqaviləsinin bağlanması yalnız qısa zaman məsələsidir”.

Paşinyan ardınca iddia edib ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri bu prinsiplərə sadiqliklərini təsdiq etməyiblər: “Bu, şübhələr yaradır ki, onlar sülh dedikdə Ermənistanın ərazi bütövlüyünə müəyyən iddialarını nəzərdə tuturlar. Əgər onlar bu üç prinsipə sadiqliklərini təsdiq etsələr, biz sülhü praktiki olaraq qurulmuş hesab edə bilərik”. Əlbəttə ki, Nikol yenə blef edir. Ən azı ona görə ki, Bakı sülh müqaviləsi üçün irəli sürdüyü 5 məlum baza prinsipi ilə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu hələ iki il öncə bəyan edib. Həmin prinsipləri Nikolun yadına salırıq:  1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Paşinyanın bu 5 prinsipə etirazı yoxdursa, niyə sülh anlaşmasından 3 ildir yayınır, “şərtlər” irəli sürür? Ermənistan sülhə hazırdırsa, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qeyd-şərtsiz tanıyırsa, o zaman xunta rejimin cinayətkar başçılarının həbsini Ermənistan XİN-i və Nikol Paşinyan nədən “qanunsuz” adlandırır, davamlı olaraq etnik təmizləmədən dəm vururlar? Fransadan, Hindistandan silahlar alıb hücum ordusu qurmağa can atmaq hara, sülh gündəliyi hara? Bütün bunlar əslində Paşinyan hökumətinin baş verənlərdən hələ də dərs götürmədiyini və sülh istəyinin qeyri-səmimiliyini bir daha təsdiqləyir. Başqa yandan, niyə məhz 1975-ci ilin xəritəsi? İrəvan nə üçün onda israr edir? Bəs ona qədər olan xəritələr?

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı 

Siyasi təhlilçi Asif Nərimanlı əmindir ki, sərhədin 1975-ci il xəritəsinə uyğun müəyyənləşməsi istəyi İrəvanın anklavlarla bağlı planından qaynaqlanır: “Qazaxın 7 kəndi və Kərkinin qaytarılması qarşılığında SSRİ dövründə Ermənistana anklav kimi verilən Başkəndi, eləcə də ”erməni kəndləri" dedikləri, əslində ermənilərə verilmiş Berbaker (Bibiş), Vazaşen (Lələkənd), Ayqeovit (Uzuntala, yaxud Hönüt), Paravakar (Tatlı) kəndlərini almaq istəyirlər. Ermənistan Azərbaycanın bunu qəbul etməyəcəyini anlayır, lakin bundan kart kimi istifadə etməklə anklavları qaytarmamaq üçün əsas qazanır. Almatı bəyannaməsini “siyasi əsas” kimi irəli sürmələri də anklavları arxa plana keçirmək niyyətindən irəli gəlir".

Ekspert hesab edir ki, əgər sərhədlər 1975-ci il xəritəsinə uyğun həll edilərsə, Ermənistan təkcə iddia etdiyi kəndləri əldə etmir, həm də “güzgü prinsipi” təklifini - qoşunların qarşılıqlı geri çəkilməsini aktuallaşdıra bilər: “Çünki Bibiş, Lələkənd, Uzuntala, Tatlı kəndləri Azərbaycan Ordusunun sərhəd boyu nəzarət etdiyi xətdə yerləşir, bu kəndlərin ermənilərin nəzarətinə keçməsi üçün qoşunlarımız dayandığı xətdən geri çəkilməlidir. Və Paşinyan bununla hər iki halda qazanclı çıxmaq istəyir: ya anklavlar məsələsi arxa plana keçəcək, ya da ”erməni kəndləri" dedikləri əraziləri nəzarətə götürməklə Azərbaycan ordusunun geri çəkilməsinə nail olacaq. Ermənistan kommunikasiyanın açılmasında “ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsiplər” prinsipi ilə Zəngəzur dəhlizini vermir, Naxçıvana çıxışı “yol məntiqi” ilə açır. Bu situasiya Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını çətinləşdirir, eyni zamanda, bölgədə qarşıdurmanın yeni mərhələsinin başlanacağını göstərir. Bakının öz ərazilərində erməni separatizmini məhv etməsi son üç ildə sülh danışıqlarında irəli sürülən Qarabağ kartını masadan çıxardı, bundan sonra sərhəd məsələsi iki ölkənin, dəhliz məsələsi iki ölkə ilə yanaşı, bölgədə marağı olan qüvvələrin əsas mübarizə platformasına çevriləcək".

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

Əziz Əlibəyli

Analitik Əziz Əlibəylinin fikrincə, Əliyev demarş etdi və Qranadaya getmədi, orada Paşinyan Şolz və Makronla bəyanat verdi, bir daha Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı: “Bu yolla, Əliyevin yoxluğunda və Paşinyanın susqun, aşağılayıcı, biabırçı iştirakı ilə Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü və faktiki olaraq Ermənistan Qarabağda tam təslim olmasını bir daha təsdiqləyir. Yəni Qranadaya getmədən Əliyev növbəti dəfə istədiyinə nail olur və mövqeyini daha da möhkəmləndirir. Bundan sonra Fransa prezidenti İspaniyada bəyan edib ki, Azərbaycana qarşı sanksiyaların vaxtı deyil. Düzdür, o, öz mövqeyini birbaşa və davamlı dialoq yolu ilə Bakıya təzyiqin təmin edilməsi və Ermənistanı ən yaxşı şəkildə qorumaq amilləri ilə şərtləndirdi, buna baxmayaraq, Yelisey Sarayının ev sahibinin sözləri Ermənistan üçün ayrıca bir şok yaradıb. Dərhal məlum oldu ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Paşinyanı və Əliyevi Brüsseldə görüşə dəvət edib. Mişelin Bakıya nazik dəvəti və yanaşması da İrəvanda əməlli - başlı hiddət doğurub ki, sizdən gözlənilən bu deyildi. Onsuz da əsəbi siyasi mühiti olan İrəvana bir zərbə də Putindən gəldi”.

Səfirliyimizə hücumun arxasında Tehran rejimi - SEPAH dayanır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ | | Xural qəzeti

Məhəmməd Əsədullazadə

Siyasi icmalçı Məhəmməd Əsədullazadə qeyd edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ Qranada da Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan sənədə imza atdı: “Ermənistanın gündəliyində Qarabağ yoxdur. Putində Valdayda Qarabağ məsələsinin bitdiyini qeyd etdi. Artıq Rusiya sülhməramlı qüvvələri də Qarabağdan getməyə hazırlaşır. Cənubi Qafqazda oyun qaydaları dəyişdi və prezident İlham Əliyev Türkiyə ilə birgə yeni bir siyasi nizam yaradıb”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR