İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan indi də Laçın yoluna missiya gətirilməsinə çalışır-Absurd

793 26.01.2023 13:40 Region A A

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa və Laçın “dəhliz”inə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin və bu məqsədə çatmaq üçün ardıcıl işin aparılmasının vacibliyini vurğulayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Paşinyan belə bir iddia ilə yanvarın 26-da Ermənistan hökumətinin iclasında çıxış edib. Baş nazir ardınca iddia edib ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması Azərbaycanın yeganə məqsədi deyil”. Ermənistanın hökumət başçısı qərəzli və əsassız iddialarında daha da irəli gedərək deyib ki, Azərbaycan bu təxribat xarakterli hərəkətləri ilə sülh gündəmini, sülh danışıqları prosesini pozmağa, regionda yeni müharibəyə səbəb olmağa çalışır.

Bununla belə, N.Paşinyan “təmkinli olmağa” çağırıb və “konstruktiv”, “sülh tərəfdarı” roluna girib. Sitat: “Əlbəttə, biz hamımız Laçın dəhlizinin bağlanması və Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı çox emosionalıq. Amma bir daha qeyd etməliyəm ki, bu situasiyada təmkinli olmaq və sülh gündəminə zidd olan söz və hərəkətlərin, xüsusən də dövlət məmurlarının istisna edilməsi lazımdır. Biz sülh gündəminin irəliləməsi üçün səylərimizdə ardıcıl olmalı və hər hansı təxribata görə bu gündəmdən yayınmamalıyıq”.

Absurd iddia və fikirlərini davam etdirən Paşinyan vurğulayıb ki, beynəlxalq ictimaiyyətin diqqətini “Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə qəsdlərinə” (?!-M.) cəlb etmək üçün iqtidar, müxalifət, vətəndaş cəmiyyəti, ermənilər və diaspor təşkilatlarının birgə səylərini davam etdirmək lazımdır. Paşinyan insan haqlarına və ölkələrin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə arxalanaraq, vəziyyətə “obyektiv və qərəzsiz” reaksiya verən ölkə və təşkilatlara təşəkkür edib.

O vurğulayıb ki, Azərbaycan uzun müddətdir ki, beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin ümumiyyətlə bağlanmadığına, Dağlıq Qarabağa qaz və elektrik enerjisinin verilməsi dayandırılmadığına inandırmağa çalışır. “Aydındır ki, Ermənistan və Dağlıq Qarabağ bunun əksini iddia edir. Hesab edirəm ki, bu ziddiyyəti de-yure həll etməyin ən yaxşı yolu Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərməkdir. Və biz bu istiqamətdə ardıcıl işləməliyik”, - Paşinyan ardınca deyib.

Baş nazirin sözlərinə görə, regionda mövcud olan bütün problemlərin sülh yolu ilə həllinə alternativ yoxdur və erməni tərəfi bütün çətinlikləri anlayaraq, məhz bu məntiqi rəhbər tutacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR