İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İCLAS keçirdi - Qazax-İcevan sərhədində...

3742 02.12.2023 18:48 Son xəbər A A

Ermənistanda hakim partiyanın mərkəzi ofisində Nikol Paşinyanın rəhbərliyi ilə növbəti iclas keçirilib. İclasla əlaqədar mətbuata “partiyanın fəaliyyəti ilə bağlı konseptual və ideoloji məsələlərin müzakirə edildiyi” bildirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti görüş barədə maraqlı təfərrüatları açıqlayıb.

Belə ki, Nikol Paşinyan komanda yoldaşlarına bir neçə saatlıq mövzu ilə bağlı fikirlərini bildirmək imkanı verib. Bununla Paşinyan hər kəsin fikrini nəzərə aldığını və bunun onun üçün çox vacib olduğunu göstərməyə çalışıb. Ermənistan baş naziri iclasda Rusiya ilə bağlı apardıqları siyasətin doğru olduğunu bildirib.

Lakin onun fikrincə, Ermənistan iqtisadi və təhlükəsizlik məsələlərində Rusiyadan asılı olduğu üçün çox uzağa gedə bilməz. Paşinyan partiyadaşlarına Sankt-Peterburqa gedib-getməyəcəyi barədə heç bir söz deməyib. O, həmçinin Qazax-İcevan hüdudunda sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında baş tutan görüşdən də danışmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR