İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Hazırda Qarabağ əhalisi üçün birbaşa təhlükə yoxdur

1113 21.09.2023 21:21 Son xəbər A A

Hazırda Qarabağ əhalisi üçün birbaşa təhlükə yoxdur, lakin Ermənistanda artıq işçi qrupu yaradılıb və Qarabağdan olan 40 minə yaxın ailənin yerləşdirilməsi planı hazırlanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib.

Ermənistanın hökumət başçısı qeyd edib ki, vəziyyətdən asılı olaraq əhalinin evakuasiyasının prioritet məsələyə çevriləcəyini istisna etmir. O, ermənilərin Qarabağda öz evlərində layiqli və təhlükəsiz yaşamasının vacibliyini vurğulayıb.

Rusiya sülhməramlı kontingentinin Qarabağda olduğunu xatırladan Nikol Paşinyan, mülki şəxslərin müdafiəsinin onların öhdəliyində olduğunu qeyd edərək əlavə edib ki, Yevlaxda atəşkəs və vaxtaşırı görüşlər barədə razılıq əldə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR