İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Ermənistanı hərraca çıxarıb, “alıcılar” bunlardır” - SENSASİYA

1834 26.09.2023 15:47 Son xəbər A A

“Paşinyan təkcə “Artsaxı” (ermənilərin Qarabağdakı separatçı rejimə qoyduqları uydurma ad - red.) deyil, Ermənistanın özünü də geosiyasi hərraca çıxardı. Üstəlik, “Alıcılar” da mövcuddur – Türkiyə və Azərbaycanın təmsil etdiyi Qərb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan öz teleqram kanalında yazıb.

“Bu 3 aktoru Ermənistanda və bütövlükdə regionda Rusiya amilini ləğv etmək istəyi birləşdirir. Türkiyə və Azərbaycandan fərqli olaraq Qərbin Ermənistana qarşı heç bir şeyi yoxdur, ancaq Rusiya və İrana qarşı mübarizə adı altında Türkiyə-Azərbaycan ittifaqına göz yumur. Bütün bunlarda Nikol Paşinyanın şəxsi marağı var. Ermənistanı geosiyasi hərraca çıxarmaq müqabilində Paşinyan yerli “Svetlana Tixanovskaya” olmaq istəyir”, - deyə Matevosyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR