İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistan XİN-ə yeni baş katib təyin etdi

396 29.05.2024 18:51 Dünya A A

David Karapetyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş katibi təyin edilib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, müvafiq qərar ölkənin baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.

Qərara əsasən, Karapetyan üçün 12 aylıq sınaq müddəti müəyyən olunub.

Qeyd edək ki, David Karapetyan bundan əvvəl Ermənistan XİN-in baş katibi səlahiyyətlərini icra edən şəxs olub.

2023-cü ilin iyun ayında Ermənistan XİN-in baş katibi Artak Qabrielyanın vəzifəyə təyin olunmasında pozuntulara yol verildiyi aşkarlandığı üçün Qabrielyan vəzifəsini tərk etməli olub. Ondan əvvəl isə bu vəzifəni Vaaqn Melikyan icra edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR