İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistan ordusundan DANIŞDI: "24 günlük təlim..."

1044 24.11.2023 16:40 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkə beynəlxalq təcrübəyə əsaslanaraq orduda islahatlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin İsveçrə modelinə gətirilməsi planlaşdırılır:

"Ermənistan silahlı qüvvələrində beynəlxalq təcrübə nəzərə alınmaqla genişmiqyaslı islahatlar aparılır. Ehtiyatda olan hərbçilərə minimum hərbi bacarıqlara yiyələnmək üçün 24 günlük təlim tətbiq edilib. Oxşar qayda İsveçrə modelində də istifadə olunur".

Qeyd olunub ki, İsveçrə silahlı qüvvələri çağırışçılar, müqaviləli əsgərlər və könüllülərdən ibarətdir. Yaşı 18-dən 30-a qədər olan bütün kişilər məcburi hərbi xidmət keçməlidirlər. Hərbi xidmət 260 gündür. Ehtiyatda olan hərbçilər ilkin hərbi hazırlığı başa vurduqdan sonra iki ildən bir üç həftəlik təlim düşərgələrinə çağırılırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR