İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Bakının tələblərinin paketçisi kimi işləyir” - Şahnazaryan

785 08.07.2024 13:44 Son xəbər A A

“Ermənistandan daha bir “parça” alan Azərbaycan aldığını həzm etmək üçün bir qədər fasilə verir, sonra daha çoxu üçün geri qayıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli revanşist politoloq Hrant Melik-Şahnazaryan deyib.

“Paşinyan burada Bakının tələblərinin paketçisi kimi işləyir. Onun yalnız bir funksiyası var - Bakının tələblərini elə paketləmək ki, sonradan bu tələblərin yerinə yetirilməsi Ermənistan cəmiyyətinin ən az müqaviməti ilə üzləşsin. Məsələn, Azərbaycan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələ qaldıranda Paşinyan dərhal bunun hətta 6 il əvvəl planlaşdırıldığını deməyə başlayır”, - o bildirib.

Şahnazaryanın sözlərinə görə, Ermənistanın yeni konstitusiyasının qəbuluna nail olmaq istəyən Bakı Kərki və Zəngəzurdan keçən dəhliz məsələsini yenidən gündəmə gətirməyə başlayacaq, sülh müqaviləsinin imzalanmasını indi bu tələblərlə şərtləndirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR