İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan addım-addım Qarabağdan imtina edir” - Aşotyan

833 15.05.2023 15:10 Region A A

“Brüsseldə keçirilən üçtərəfli görüşün yekunlarına dair bəyanatın mətni əvvəlcədən hazırlanıb və həm Azərbaycan, həm də Ermənistan tərəfləri ilə razılaşdırılıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Revanşist siyasətçinin sözlərinə görə, Paşinyan iqtidarı bəyanatda səslənən bir sıra müddəalara görə məsuliyyəti avroplalıların üzərinə yıxmağa çalışacaq, lakin reallıqda bu cür “əsaslandırmalar” yalnız bəhanədir.

Bu bəyanata əsaslanaraq, Armen Aşotyan görüşün nəticələrinin Ermənistan üçün məyusedici olduğunu deyib. Onun fikrincə, baş nazir Nikol Paşinyan Qarabağı və milli maraqları təslim etməkdə davam edir. “Ən dəhşətli və qulağı deşən fakt ondan ibarətdir ki, Nikol Ermənistan adından Azərbaycanın keçmiş DQMV sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa razılıq verib. Əslində o, Brüsseldə Qarabağı növbəti dəfə təslim etdi. Hər dəfə Qarabağ addım-addım təslim edilir”, - deyə Aşotyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR