İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan AÇIQLADI: Fəaliyyət dünəndən başlayıb

1541 02.11.2023 13:55 Region A A

Bu yaxınlarda “Sülhün kəsişməsi” layihəmizi təqdim etdik. Onun təqdimatı çərçivəsində mən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların, yəni avtomobil yollarının, dəmir yollarının, qaz kəmərlərinin təhlükəsizliyini təmin etmək funksiyası daşıyacaq bölmə yaratmağı planlaşdırdırdığımızı bildirdim.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 2-də Ermənistan hökumətinin iclasında respublikanın baş naziri Nikol Paşinyan deyib.

“Sizə bildirmək istəyirəm ki, bu bölmə artıq formalaşdırılıb. Əvvəllər planlarımızda olduğu kimi, müəyyən hazırlıq işləri aparırdıq. Bölmə dünəndən fəaliyyətə başlayıb”, - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, ekspertlər Paşinyanın bu yaxınlarda 2020-ci il 9 noyabr bəyannaməsinin 9-cu bəndinin (kommunikasiyaların təhlükəsizliyinin Rusiya FTX-nin Dövlət Sərhəd Xidməti tərəfindən təmin edilməsi-red.) birtərəfli şəkildə ləğv edildiyi barədə bəyanat verməyə hazırlaşdığını bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR