İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan 20 metr məsafədən döyüş əmri verdi – baş nazirdən Rusiyaya ÜSYAN

2704 16.06.2023 13:30 Son xəbər A A

Qarabağda yaşayan ermənilər iyunun 15-də “Laçın” postunda baş verən təxribatlara görə Ermənistanın Baş naziri Nikol Paşinyanı günahlandırılar.

Erməni mediası guya Laçın yolunda hərəkətin dayandırılması üçün təxribatların qəsdən törədildiyini iddia edib. “Nikol Paşinyan bir müddət öncə Qaragölün 30%-i üçün müharibə etməyəcəklərini açıqlayıb. İddiaya görə, o, Ermənistan ordusuna 10-20 metr məsafədən döyüş əmri verib. Baş nazirin bu addımları Laçın yolunun bağlanmasına hesablanıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, “Laçın” postunun atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi yaralanıb. Onu yaralayan erməni snayperləri zərərsizləşdirilib. Həmçinin Ordumuz təxribat törədən düşmən mövqeyini darmadağın edib.

Bu arada Paşinyandan xarici işlər nazirlərinin yeni görüşü və sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı fikirlər də mübahisə yaradıb. Ermənistanda bunu Rusiyaya qarşı üsyan kimi qiymətləndirirlər. Əslində Paşinyan nə etməyə çalışır?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR