İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayışda ölən daha üç nəfərin FOTOları

1211 17.01.2024 12:45 Son xəbər A A

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar-Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.

A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumata görə 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.

Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR