İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyadaşları ermənipərəst senatordan Konqresi tərk etməsini istədilər

774 28.09.2023 01:43 Son xəbər A A

ABŞ-da külli miqdarda rüşvət almaqda və korrupsiyada ittiham olunan ermənipərəst Robert Menendes böyük həcmdə girov müqabilində azadlığa çıxıb.

Musavat.com Associated Press Agentliyinə istinadən xəbər verir ki, Bob Menendes 100 min dollar, arvadı Nadin isə 250 min dollar müqabilində cinayət istintaqı dövründə azadlıqda qalmaq hüququ əldə ediblər. Bu məbləği ödəmək üçün onlar Nyu-Cersidəki evlərini girov qoyublar.

Xatırladaq ki, ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri vəzifəsini tutan Menendes öz mövqeyindən Misirin xeyrinə imtiyazlar əldə etmək üçün istifadədə, həmçinin 3 iş adamına üstünlük yaradan dəstək verməkdə ittiham olunur. Onun bu dəstəyin müqabilində rüşvət kimi aldığı qızıl külçələr, külli miqdara qızıl-zinət əşyaları, pullar axtarış zamanı evindən çıxıb. Günahını etiraf etməyən Menendes Konqresdən çəkilməyəcəyini bəyan etsə də, Demokratlar Partiyasındakı həmkarları onun istefasını tələb edirlər. Senatda demokratlar arasında ikinci nüfuzlu şəxs olan İllinoys senatoru Dik Durbin də daxil olmaqla, demokratların yarıdan çoxu partiyadaşlarını istefaya çağırıb.

Prokurorluğun Menendesə qarşı irəli sürdüyü ittihamnamədə onun tərəfdaşlarının iştirak etdiyi cinayət araşdırmalarına müdaxilə etməyə çalışdığı, o cümlədən özünə qarşı cinayət işi qaldırılmasının qarşısını almaü üçün Nyu Cersi ştatında öz adamının federal prokuror təyin olunmasına çalışdığı da qeyd edilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR