İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyadan çağırış: “Quru sərhədləri açın!”  

1022 16.05.2022 16:04 Sosial A A

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri də ölkədə yoluxma hallarının minimum həddə endiyinə, epimoloji vəziyyətin yoxluğuna baxmayaraq, quru sərhədlərinin hələ də qapalı qalması ilə bağlı olub.  

Musavat.com-un məlumatına görə, sözügedən məsələ ilə əlaqədar BAXCP İdarə Heyətinin açıqlamasında bildirilir ki, ölkəyə gediş-gəlişin asanlaşdırılması, həmçinin sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımızın dolanışığınının yaxşılaşdırılması üçün quru sərhədlərinin açılması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır: “Məlum olduğu kimi, sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımız öz dolanışıqlarını, əsasən sərhədyanı ticarət hesabına təmin edirlər. Sərhədlərin uzun müddət bağlı qalması onların gündəlik həyatına, dolanışığına, o cümlədən qarşılıqlı gediş-gəlişə və turuizmə mənfi təsir göstərir. BAXCP İdarə Heyəti hesab edir ki, qeyd olunan amilləri, o cümlədən Azərbaycanda və qonşu ölkələrdə epidemiya vəziyyətinin olmadığını nəzərə alaraq, hökumət quru sərhədlərinin açılması ilə bağlı müvafiq qərar qəbul etməlidir”.

İdarə Heyətinin iclasında nüzakirə edilən məsələlərdən biri isə İranda yaşayan Azərbaycan türklərinin ölkəmizdə təhsil almalarının asanlaşdırlması ilə bağlı olub. Qeyd olunub ki, Güney Azərbaycan türklərinin öz ölkələrində ana dilində təhsil almaq imkanlarının olmadığını, həmçinin İran İslam Respublikasında yaşanan iqtisadi çətinlikləri nəzərə alaraq, soydaşlarımızın Azərbaycan Respublikasında Azərbaycan türkcəsində ali təhsil almalarına daha əlverişli şərait yaradılmalı, İran İslam Respublikasından ölkəmizə təhsil almağa gələn Azərbaycan türklərinin təhsil haqları Azərbaycan Respublikasının vətəndaşlarının bu məqsədlə ödədikləri vəsaitə bərabər tutulmalıdır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR