İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədri: “11 milyon alman pis qidalanır”

470 19.06.2024 11:40 Dünya A A

“Sara Vagenkxetin Alyansı” partiyasının lideri Almaniyada ərzaq məhsullarının baha olması problemini müzakirə etmək üçün Federal Kansler Aparatında ərzaq istehsalçıları və satıcılarının, o cümlədən pərakəndə satış şəbəkələrinin sahiblərinin toplantısının keçirilməsi təklifi ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o, bu barədə RND internet portalının jurnalistlərinə müsahibəsində danışıb.

Sara Vaqenknextin kanslerə müraciət adlandırdığı müsahibədə aşağıdakı rəqəmlər verilir: “Almanların 13,3%-i hər gün ət, balıq və ya quş əti yeyə bilmir, eyni zamanda onlar kaloriyə uyğun vegetarian nahar üçün pul ödəyə bilmirlər...”.

Eyni zamanda, Vagenknext 2023-cü ilin rəsmi statistikasına əsaslanır. “Məlum olub ki, 11 milyondan çox alman mütəmadi olaraq pis qidalanır. Üstəlik, vəziyyət ildən-ilə pisləşir. 2021-ci ildə Almaniyada əhalinin 10,5%-i, 2022-ci ildə isə 11,6%-i kifayət qədər qidalanmayan hesab edilirdi”.

Vagenknextə görə, ən pis vəziyyətdə subay vətəndaşlar və təkbaşına uşaq böyüdənlərdir. Sonuncular arasında kifayət qədər kalori almayanların sayı 22,8%, subaylar arasında isə 17,4% təşkil edir. Siyasətçinin nöqteyi-nəzərindən belə göstəricilər hökumətin əhalinin sosial vəziyyətinə diqqətsizliyinin sübutudur. O hesab edir ki, ərzaq məhsullarının bahalaşması məsələsinin öyrənilməsi ilə antiinhisar qurumu məşğul olmalıdır.

İstehlak mərkəzinin internet portalında istehlak məhsullarının qiymətlərinin daim artdığı qeyd edilir. Belə ki, 2023-cü ilin mayından 2024-cü ilin may ayına qədər olan dövrdə onlar 0,6% artıb. Lakin 2021-ci ilin yayından bəri davamlı artım müşahidə olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR