İnsanlara hürriyət, millətlərə istiqlal!

“Park Bulvar”da izdiham – Hədiyyə üçün elə rəzalətə dəyərdimi? – VİDEOREPORTAJ

2600 18.04.2022 19:16 Gündəm A A

Xəbər verildiyi kimi, Rusiyada populyarlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.

Musavat.com xəbər verir ki, onun “Park Bulvar”da sevənləri ilə görüşü baş tutub.

Blogerlə görüşmək istəyənlər həmin məkana axın ediblər. “Park Bulvar”ın ətrafında və daxilində də izdiham yaşanıb. Nəticədə xoşagəlməz mənzərə ortaya çıxıb.

Qeyd edək ki, Hüseyn Həsənovun “Park Bulvar”da insanlarla görüşündən sonra xoşagəlməz hadisələr yaşanıb. Blogerlə görüşmək istəyən kütlə ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurub.

Onu da qeyd edək ki, bəzi mənbələrdə blogerin həmin görüşdə “İPhone” markalı telefonu paylayacağı da yazılıb.

Orada izdiham yaradanların məqsədi təkcə blogeri görmək olub, yoxsa hədiyyə telefon üçün ora axışıblar?

Mövzu ilə bağlı Tv Musavat-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.



Anar Əhməd, Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR