İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Çəki dərəcələrində dəyişiklik təsdiqlənib

485 02.04.2022 00:37 İdman A A

Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik təsdiqlənib.

"Report"un məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.

Yeni qərara əsasən, 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Oyunların proqramında çəki dərəcələri müəyyənləşib. Növbəti Olimpiadada kişi boksçular 8 deyil, 7 – 51 kq, 57 kq, 63,5 kq, 71 kq, 80 kq, 92 kq, +92 kq çəki dərəcələrində qüvvəsini sınayacaqlar. Əvəzində qadın idmançılarda 1 çəki dərəcəsi artırılaraq, 6-ya çatdırılıb. Onlar Paris-2024-də 50 kq, 54 kq, 57 kq, 60 kq, 66 kq, 75 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Nəticədə kişilər kimi, qadın idmançılar da Oyunlarda 124 boksçu ilə təmsil olunacaqlar. Bununla da boksun tarixində ilk dəfə gender bərabərliyi təmin olunub.

Fransa paytaxtında medal dəstlərinin ümumi sayında isə dəyişiklik edilməyib. Ümumilikdə 13 dəst mükafat sahibini tapacaq.

Qeyd edək ki, Paris olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR