İnsanlara hürriyət, millətlərə istiqlal!

Papua-Yeni Qvineyada qəbilə toqquşmalarında 64 nəfər ölüb

457 19.02.2024 08:25 Dünya A A

Papua-Yeni Qvineyanın Enqa əyalətində qəbilələr arasında baş verən toqquşmalarda ölənlərin sayı 64 nəfərə çatıb.

Bu barədə yerli “PNG Post-Courier” nəşri polisə istinadən məlumat yayıb.

Belə ki, fevralın 19-u günorta saatlarında polis əməkdaşları qəbilələr arasında silahlı qarşıdurma nəticəsində həlak olan daha 11 nəfərin cəsədini aşkar edib. Bununla da ölənlərin ümumi sayı 64-ə çatıb.

Polis Enqadakı silahlı toqquşmaların Ambulin və Sikin qəbilələri arasında davam edən mübarizə olduğunu təsdiqləyib.//“Report”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR