İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa, Fransa və İranı birləşdirən “dəyər” – erməni sevgisi

1344 10.01.2023 15:58 Yazarlar A A

“Dostunu göstər, deyim kimsən”. Bu Azərbaycan atalar məsəli kapitulyant Ermənistanın hazırkı miskin durumunu, mənasız həşiri və bitməyən anti-Türk isterikasını çox yaxşı xarakterizə edir. Müttəfiq-simsarı soyqırımlar müəllifi Fransa, uşaq qatili İran olan Ermənistanın düşmən nəyinə gərək ki?

Ermənilərin bütün dünyada Azərbaycan əleyhinə bitməyən iyrənc yalan kampaniyası, əndazəsiz sırtıqlığı, davam edən “çəhrayı arzuları” əlbəttə ki, özündən daha çox, onun avantürist dostlarından – “İlana zəhər verən kərtənkələlər”dən qaynaqlanır. Sonuncuların başında isə sözsüz ki, türkofob və islamofob Fransa gəlir - özünün nömrə 1 şarlatan lideri – Emmanuel Makronu, iyrənc və küfr saçan mediası ilə! Bu da növbəti “isti” nümunə.

“Azərbaycanlı fəallar - psevdoekoloqlar 10 dərəcə şaxtada isinmək üçün Bakıya gediblər. Əsgərlər onların yerini alıb. Maskalar atılıb. Laçın dəhlizinin 28 gündür bağlanması əslində Artsax ermənilərinə qarşı müharibənin ilk aktıdır”.

Bu ağ yalanı Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson “Twitter” mikrobloqunda yazıb.

Deyəsən, Fransada bir dənə normal fransız qalmayıb. Yüz il öncə ora doluşan mənfur və vəhşi qəbilənin mənsubları firənglərin bütün nəsil-nəcabətlərini toksik “miatsum” virusuna, saxtakarlıq və riya mikrobuna uğurla yoluxdura biliblər. Jan Buissonların mayası da eyni maddədən yoğurulub təbii ki.

Özünü obyektiv jurnalist, hətta peşəkar jurnalistlərin “böyüyü” sayan, fəqət elementar jurnalist etikası və qərəzsizlikdən, sadəcə, abır-həyadan uzaq bu zat üstəlik, öz statusuna əlavə elədiyi fotoda qəsdən, yalnızca keşik çəkən əsgərlərimizin şəklini verib. Sanki orada başqa kimsə yox. Yəni yarımçıq bir foto. Çünki əla bilir ki, dekabrın 12-dən aksiya yeri bircə dəqiqə belə, mülki etirazçısız olmayıb.

Beləcə, erməninin havadarları da yalan-palanda özünə oxşayır. “At at” məsələ yəni. Gerçəkdən də, bu cür təəssübkeşləri, müttəfiqləri olan ermənilərə düşmən lazım deyil. İnşallah, onlar da Ermənistan adlı qondarma dövlətin axırını gətirər, “qəbrini” qazıyıb üstünü torpaqlayarlar. “Fatihə”sini də ya fars mollalarından biri verər, ya da Roma Papası, italyan mənşəli Fransisk italyanca bir “meyit duası” oxuyar...

Bu yerdə yada salaq ki, Qərbdəki varlı erməni lobbisi Laçın yolundakı aksiya əleyhinə yeni təbliğat kampaniyası başlatmaq üçün dünəndən “pul kisəsi”nin ağzını daha geniş açaraq, əlavə 50 milyon dollar ayırıb. Artıq nəticə var. Hətta gecə-gündüz haqdan, ədalətdən dəm vuran Roma Papası da qanuni ekoloqların aksiyası ilə bağlı ağzına gələni danışıb. Fransiskin ardınca, bu gün BMT baş katibi Quttereş ermənidən çox erməni olmaq eşqinə düşüb. Dığalar “Şeytan yuvası”nda kefdə-damaqda şəkillər paylaşdıqları halda, bunlar utanmazcasına “blokada” deyirlər.

Yaxud ermənidən çox Ermənistanın, onun “ərazi bütövlüyü”nün, Zəngəzur dəhlizinin “dərd”ini çəkən fars rejimi və onun rəsmiləri, ayətullahlar. Neçə vaxtdır onlar da məsciddə donuz saxlayan “qədim xalq”a görə yaxa cırırlar. Fransanı, Roma Papasını və İrandakı antiislam rejimini birləşdirən “səmavi dəyər” də elə budur – erməni sevgisi!..

Amma nə yaxşı ki, dünya artıq ermənilərin və onların havadarlarının yalanlarından, “timsah göz yaşları”ndan bezməyə başlayıb. Bunu hayların özləri də ara-sıra etiraf edirlər. Fransanın BMT TŞ-də ötən ilsonu fiasko olan anti-Azərbaycan həyasızlığı, Nakronun rüsvayçılıqla bitən təşəbbüsü bunun ən parlaq təzahürü idi.

Qoy belə davam eləsinlər. Bədbəxt haylara da elə gəlir ki, onlara yaxşılıq edirlər. Daha xəbərləri yoxdur ki, bu cür “ayı xidmət”ləri əslində Ermənistanın sonunu yaxınlaşdırır. Özü də sürətlə...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR