İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa ermənilərə görə əl-ayağa düşdü - bəs dağıdılan məscidlər?!

1596 17.10.2023 08:40 Gündəm A A

Deputat: “Qərəzli yanaşmalara birdəfəlik son qoyulmalıdır”

Roma Papası Frensisk Dağlıq Qarabağdakı monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb.

“Dağlıq Qarabağdakı böhranla bağlı narahatlığım səngiməyib. Qaçqınların çətin humanitar vəziyyəti ilə yanaşı, mən bu regionda monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim”, - deyə o, Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü xütbəsini bitirdikdən sonra qeyd edib.

Oktyabrın 1-də Roma Papası Ermənistan və Azərbaycanı dialoqa çağırmış, humanitar böhrana son qoymaq üçün razılaşmaya ümid etdiyini söyləmişdi.

Bəs Papa nədən indiyədək Qarabağda dağıdılmış yüzlərlə müsəlman-türk mədəni-dini və tarixi abidələrinə, qəbiristanlıqlara, uçurulmuş məscidlərə, Allah evlərində ermənilərin donuz saxlamasına görə bircə dəfə də olsun etiraz səsini qaldırmayıb, narahatlıq ifadə etməyib?

Roma Papası gecikib və ünvanı da səhv salıb. Çünki biz “miatsum” mərəzinə, “irqçi” virusuna yoluxmuş erməni deyilik ki, vandallıqla məşğul olaq. Belə bir fakt yoxdur. Vatikan rəhbəri axtarsa da, tapa bilməz.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat” a açıqlamasında ermənilərin hər zaman dindən siyasi alət kimi istifadə etdiyinə diqqət çəkdi. C.Məmmədov qeyd etdi ki, Kilsələr İttifaqı vasitəsilə mütəmadi Azərbaycana qarşı təzyiq cəhdlərinin şahidi olub: “Azərbaycana qarşı ikiüzlü siyasət hər zaman özünü göstərib. Təəssüf ki, 90-cı illərin əvvəlində Azərbaycanın əraziləri işğal edilərkən məscidlərimiz təhqir olunarkən, eyni zamanda tarixi alban kilsələri dağıdılarkən, o cümlədən tarixi saxtalaşdırılarkən belə bəyanatların şahidi olmadıq. İkili standart hələ də qalmaqdadır. Söhbət Ermənistanın dəstəklənməsi, Azərbaycana aid həqiqətlərin təhrif olunması, ermənilərin maddi-mədəni irsimizi məhv etməsindən gedir. Qərəzli yanaşmalara birdəfəlik son qoyulmalıdır. Təəssüf ki, ermənilər katolik kilsəsini də çirkin oyunlarına aid edirlər.  Roma Papası məscidlərin dağıdılması, təhqir olunması, inək saxlanmasına xristianlığın münasibəti ilə bağlı da açıqlama versəydi, yaxşı olardı. O zaman biz həqiqi dini dəyərlərə sadiqliyi görə bilərdik. İndiki dövrdə səsləndirilən bu bəyanatlar, verilən açıqlamalar ikili standartların, qərəzin göstəricisidir”.

Rəsul Mirhəşimli - 55

Rəsul Mirhəşimli 

İlahiyyatçı Rəsul Mirhəşimli isə mövzunu belə şərh etdi: “Avropanın Qarabağ probleminə münasibətləri ikili standartlar üzərində qurulub. Roma Papasının da çağırışları bu qəbildən olan müraciətlərdir. Bir din xadimi özündə güc tapıb, baş verən hadisələri real şəkildə qiymətləndirməlidir. Çünki onun mənsub olduğu din sözün məsuliyyətini daşımağı, zalımla məzlumu ayırd etmənin gərəkli olduğunu təlqin edir. Qarabağdakı xristian dininə məxsus abidələrin və ibadət yerlərinin böyük əksəriyyəti Alban abidələridir. Azərbaycan dövləti Qarabağı azad edib, bu abidələri də maddi-mənəvi irsimizin nümunələri olaraq qoruyacaq. Nə Roma Papasının, nə də Qərbdən olan başqa kimsələrin "əndişələri"nə heç bir gərək yoxdur. Qarabağın 30 il erməni işğalı altında olduğu dövrdə Azərbaycanın dini abidələrinin, ziyarətgahlarının, məscidlərinin dağıdılması dünyanın ən böyük  cinayətlərindən biri olub. İslam dininə məxsus olan abidələri ermənilər ya tamamilə dağıdıb, ya da bu ibadət yerləri təhqir olunub. Nədənsə bu müddət ərzində bu qədər vəhşilik törətmiş Ermənistana etiraz etməyənlər indi “din təəssübkeşi” kimi ortaya düşüblər. Avropada oturanlar baş verənlərə qiymət verəndə ilk növbədə miqyasına görə ən böyük faciələrdən sayılan Xocalı soyqırımına obyektiv qiymət verməli, bu faciəni törədən Ermənistanı qınamalı idilər. Qarabağ azad olunduqdan sonra ortaya ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların toplu məzarları çıxdı. Bu vəhşiliyə görə də Qərb, Roma Papası susdu. Bu münasibət göstərir ki, Roma Papasının nüfuzu  işğalçıya törətdiyi əməllərinə görə reaksiya verəcək səviyyədə deyil. Onun çağırışları bir din xadiminə yaraşmayan müraciətdir, işğalçının tərəfini tutmaqdır".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR