İnsanlara hürriyət, millətlərə istiqlal!

Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik - ÜST-nin baş direktoru

326 10.03.2023 11:29 Siyasət A A

Pandemiyadan sonrakı həyatımızı yavaş-yavaş bərpa edirik.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 10-cu Qlobal Bakı Forumunun panel iclası zamanı ünvanladığı video mesajda deyib.

O qeyd edib ki, xəstəlik evdə yox, iş yerlərində, küçələrdə baş verir. Bu səbəbdən ÜST bütün dövlətləri buna diqqət etməyə çağırır.

"Biz COVID-19-la bağlı 300-dən artıq tövsiyə verdik. Pandemiya fondu yaradıldı. Dövlətlər bir araya gələrək qəbul etdilər ki, zəngin və kasıb olmasına baxmayaraq, sağlamlıq hər kəsin hüququdur",- deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR