İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan-İran münasibətləri - Gərginlik sona çatdı

1044 27.01.2024 17:35 Dünya A A

Pakistan və İran normallaşma prosesi başa çatdıqdan sonra səfirlərini hər iki ölkənin paytaxtlarına qaytarıblar.

Musavat.com “Interfax”a istinadən xəbər verir ki, bu barədə Pakistan səfiri Məhəmməd Mudassir "X" sosial şəbəkəsindəki hesabında yazıb:

"Pakistan rəhbərliyinin səmimi və xoş arzularına uyğun olaraq Tehrana gedirəm. Səhifəni çevirməyin vaxtıdır".

Eyni zamanda, İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm Pakistanın paytaxtına qayıtdığını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Tehran və İslamabadın iki ölkənin paytaxtlarına səfirlərinin qaytarılması ilə bağlı razılığa gəldiyi məlum olub.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər İranın yanvarın 16-da Pakistan ərazisinə raket zərbələri endirməsindən sonra pisləşib. Yanvarın 18-də isə Pakistan İranın Seravan şəhərində terrorçuların mövqeyini bombalayıb. Hadisə nəticəsində 7 nəfər ölüb. Nəticədə hər iki ölkənin səfirləri geri çağırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR