İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim etdi - SAXLANILDI

1302 24.01.2026 12:17 Ölkə A A

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb.

Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.

Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR