İnsanlara hürriyət, millətlərə istiqlal!

Özü bacılaşan, paytaxtı “qardaş”laşan Ermənistan…

1187 18.01.2023 10:42 Yazarlar A A

Yerevan və Tehranın qardaş şəhərlər elan edilməsi haqqında hər iki şəhərin merinin saziş imzalayacağına dair məlumat yayılıb. - Bu, Fars-Molla rejiminin əsl ermənipərəst simasını (simasızlığını!) bir daha göstərir.

Tehran rejimi Ermənistana hər zaman hər cür dəstək göstərib, onu qollayıb-qucaqlayıb. - Ancaq! - Orası Yerevan deyil, İrəvandır! Üstəlik, Tehranda oturan rejim də özünə, gözünə bir balaca zəhmət versə, Tehran şəhərini kimlərin saldığını öyrənmiş olar. (Guya indiyədək bilmirlər).

Qədim Azərbaycan şəhəri İrəvan və azərbaycanlıların saldığı Tehran şəhərlərini bu gün fars və haylar “qardaş” edirsə, bu, bizim böyük gələcək qarşısında bir şey ifadə etməz. Biz indi şahlanış dönəmində, İrəvan və Tehrandakı rejimlər - “layihə dövlət” yönəticiləri isə eniş dönəmindədir. “Qardaşlaşma”ları onları xilas etməz. Məgər Fransa-Ermənistan ifrat bacılaşması nəyəsə yaradımı? - Vız gəliyor, vız gəliyor.)

İndi, öz ağıllarınca, Azərbaycan Respublikası dövləti və xalqının Qərbi Azərbaycan mövzusuna odaklanmasına qarşımı oynadıqlarıdır?..

Günahsız müsəlmanlara atəş açmaqçün gavur (əslində, dinsiz, Tanrısız!) Ermənistana silah-sursat vermək, Qafanda konsulluq açmaq İran İslam Cümhuriyyəti adlanan Fars-Molla rejiminə təsəllimi verir? Acı təsəlliyə möhtac “xanədan” dağılmağa məhkumdur təbii.

Azərbaycan-Türk hökmdarlarından sonra yalnız uduzmaqla girələnən (indi) İran adlanan dövlət və adıüstündə məğlub Ermənistan saman çöpündən yapışmaqla deyil ha!.. -

Adi həqiqətləri iki rejimə bir başa salan lazım…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR