İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda qalmaqal: azyaşlı qızları zorlayan məmurlar həbsxanaya salınmayıb

866 21.02.2024 11:11 Dünya A A

Xorəzmdə uşaq evinin qızlarını zorlayan və 3 il müddətinə azadlıqdan məhrum edilən keçmiş məmurlar cəzalarını qəsəbə koloniyasında çəkirlər.

Musavat.com Podrobno.uz-a istinadən xəbər verir ki, ötən il Xorəzmdə uzun müddət ərzində yerli uşaq evinin azyaşlı qızlarını aldadaraq zorlayan və buna görə cəmi 3 il azadlıqdan məhrumetmə czası alan məmurlar həbsxanaya salınmayıb.

2024-cü il fevralın 19-da məlum olub ki, həbs cəzasına məhkum edilmiş keçmiş məmurlar Aybek Maşaripov və Ənvər Kuryazov faktiki olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində, xüsusi evlərdə “cəza çəkirlər”. Bu barədə Özbəkistan İnsan Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Abdurahmon Taşanov məlumat verib. Onun sözlərinə görə, Xivə məhkəməsi onların ev dustaqlığında olduqları vaxtı da cəza müddətindən çıxıb.

Hüquq müdafiəçisi yazır: “Bir vaxtlar biz ictimaiyyəti pedofillərin 3 il həbsdə qalacağına inandıra bildik, amma əslində onlar koloniya-qəsəbədədirlər, bütün imtiyazlardan istifadə edirlər. Mühafizəsiz saxlanılırlar, mülki geyimdə olurlar, telefon danışıqları aparırlar və başqa güzəştlərə malikdirlər.

Daşkənd məhkəməsi izah edib ki, cinayət törədildiyi vaxt qüvvədə olan Özbəkistan Cinayət Məcəlləsinin 128-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsinin 1-ci hissəsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə və 128-1 (on altı yaşından on səkkiz yaşınadək olan şəxslə maddi sərvət və ya əmlak neməti verməklə cinsi əlaqəyə girmə) maddəsi üzrə iki ilədək həbs cəzası nəsərdə tutulur. Hər iki cinayət aşağı sosial riskli cinayətlər kimi təsnif edilir.

Bundan başqa, Cinayət Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulur ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə və qəsdən az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər məntəqə tipli cəzaçəkmə məskənlərində cəza çəkə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR