İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda elektromobil istehsalına başlanır

1033 15.12.2023 00:41 Dünya A A

2024-cü ildə Özbəkistanda elektromobil istehsalı zavodu işə düşəcək. Özbəkistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, zavodun istehsal həcmi ildə 10 min avtomobil təşkil edəcək.

Mətbuat xidməti bildirib ki, hazırda respublikada elektromobillərin istehsalı üzrə ilk layihələrə başlanıb: "Bu gün dünyanın aparıcı avtomobil istehsalçıları elektromobillərin istehsalına keçirlər. Əgər yerli müəssisələr bu sənayeni inkişaf etdirməkdə ləngisələr, gələcəkdə bazarda layiqli yer tutmaqda çətinlik çəkəcəklər”.

Mesajda həmçinin vurğulanıb ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev elektriklə işləyən avtomobillər üçün komponentlərin istehsalına dair göstəriş verib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR