İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistana gedənlərin NƏZƏRİNƏ - Ölkədə bir ilədək...

2686 06.03.2024 18:57 Dünya A A

Özbəkistan hökuməti “Özbəkistan mənim ikinci vətənimdir” adlı turist vizası proqramını tətbiq edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "VisaGuide.World" məlumat yayıb.

Qeyd olunub ki, proqram xarici qonaqlara ölkədə qanuni olaraq bir ilədək məhdudiyyətsiz qalmaq imkanı verəcək.

Bildirilib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev regionun turizm sənayesinin inkişafı ilə bağlı 3 illik planı təqdim edib.

Belə ki, Xarəzm vilayətinin qərb hissəsində, Xivə şəhərində hökumət gecə-gündüz fəaliyyət göstərən yeni kafe, restoran və ərzaq mağazaları açmağı planlaşdırır.

Özbəkistanın böyük şəhərləri, o cümlədən Urgənc aviabiletlərin ucuzlaşması üçün təxminən 2,4 milyon dollar subsidiya almağa hazırlaşır.

Özbəkistan rəsmiləri vurğulayıblar ki, vizanın əsas məqsədi ölkəyə yüksək təhsil səviyyəsi, zəngin həyat təcrübəsi və peşəkar bacarıqlara malik əcnəbiləri cəlb etməkdir. Həmçinin qeyd olunub ki, mütəxəssislər Özbəkistanda həm tək, həm də ailələri ilə birlikdə yaşaya biləcəklər.

Yeni viza turistlərin sayını artırmaqla ölkə iqtisadiyyatını daha da gücləndirmək məqsədi daşıyır.

Turizm Komitəsinin sədri Ümid Şadıyevin sözlərinə görə, 2023-cü ildə Özbəkistana turizm məqsədilə 7 milyon xarici vətəndaş səfər edib ki, bu da 2022-ci illə müqayisədə 1,3 dəfə çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR