İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana gəlib FOTO YENİLƏNİB

1139 22.08.2023 12:30 Siyasət A A

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.

Bu barədə Şavkat Mirziyoyevin Mətbuat Xidməti məlumat verib.

Bakıdakı proqrama uyğun olaraq, məhdud və geniş tərkibdə ən yüksək səviyyədə danışıqlar aparılacaq.

Həmçinin, Füzuli və Şuşa şəhərlərinə birgə səfərlər, eləcə də digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR