İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovusu “Qarabağ”dan getdi, klub 300 min qazanacaq

1458 30.01.2023 02:42 İdman A A

“Qarabağ”dan ayrılmağa qərar verən Kvabena Ovusu Macarıstana “Ferentsvaroş”la müqavilə imzalamağa yollanıb.

Qanalı hücumçunun qış transfer dönəmində macar klubuna keçidindən Azərbaycan komandası 300 min avro qazanacaq.

Ağdam klubunun 25 yaşlı forvardla bu ilin iyunun 30-dək müqaviləsi vardı.

“Qarabağ”la “Ferentsvaroş” arasında razılıq əldə olunduğundan futbolçu Macarıstana üz tutub.

Qeyd edək ki, Kvabena Ovusu “Qarabağ”a 2020-ci ilin yanvarında “Leqanes”dən gəlmişdi. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 34 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.//Supersport.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR