İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovannisyan: “Müxalifət Paşinyana etimadsızlıq prosesinə başlamalıdır”

427 23.01.2023 13:50 Region A A

“Dünən mətbuatda İcevanda baş nazirin rəhbərliyi ilə böyük ziyafət keçirildiyi barədə məlumat doğrudursa, o zaman müxalifət Ermənistanın baş nazirinə etimadsızlıq göstərilməsi prosesinə başlamalıdır”.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovannisyan öz məqaləsində yazıb.

“Yandırılan 15 əsgərin şəxsiyyətinin hələ də DNT ilə müəyyən olunduğu, əsgərlərin ölüm-dirim arasında qaldığı bir mühitdə rəsmilər necə əylənə bilər? Cəmiyyətdə super emosional fon hökm sürür və o, düzgün reaksiya verəcək. Xalq şokdadır. Əgər müxalifət bunu etmirsə, o zaman onun mövcudluğunun nə mənası var? Bu formada fraksiyalar nəyə lazımdır? Baş nazirin istefasına digər bir mühüm siyasi əsas daha var. 2021-ci ilin növbədənkənar seçkilərinə qədər o, Qarabağ və digər mühüm məsələlərlə bağlı seçki proqramında tamam fərqli vədlər verirdi. Bu gün isə onun əksinə hərəkət edir”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, müxalifət Paşinyanın istefası məsələsini siyasi proses kimi başlatmalıdır, lakin heç bir şey etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR