İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Rusiya quzu əti ixracını 11 dəfə artırıb: Kim alıb?

1008 24.05.2024 20:04 Dünya A A

Rusiya 2023-cü ildə 10 968 ton quzu əti ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 11 dəfə çoxdur.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kaspiyskdə keçirilən XXIV Rusiya Damazlıq Qoyun və Keçi Sərgisinin plenar iclasında Milli Qoyunçular İttifaqının baş direktoru Mixail Eqorov bildirib.

O, bu məhsulun ixracının əsas həcminin – 98 faizi və ya 10,73 tonunun İrana reallaşdığını deyib. Quzu əti az miqdarda Belarus, Qazaxıstan, Ermənistan və Səudiyyə Ərəbistanına da tədarük edilib.

2023-cü ildə Rusiyaya diri qoyun və keçi idxalı 3,5 dəfə artaraq 3,8 min başa çatıb. Ən böyük tədarük həcmi - hər biri 40 faiz olmaqla Avstriya və Hollandiyadan reallaşıb. Bundan əlavə, Almaniya və Macarıstandan da diri qoyun-keçi idxalı olub.
Eqorov kəsim üçün qoyun və keçilərin yetişdirilməsinin həcminin azaldığını bildirib: "2023-cü ildə bütün kateqoriyalardan olan təsərrüfatlarda diri çəkidə kəsim üçün 443,7 min ton qoyun-keçi istehsal edilib ki, bu da 2022-ci ilin səviyyəsinin 98,6 faizini təşkil edir. Bunun nə üçün baş verdiyini düşünməyə dəyər".

Ümumi istehsalın həcmi Dağıstandan 74,9 min ton (2022-ci ilə nisbətən -0,7 faiz), Kalmıkiyada - 42 min ton (-2,6 faiz), Həştərxan vilayətində - 33,1 min ton (-15 faiz), Qaraçay- Çərkəzdə - 18,8 min ton (-2,6 faiz), Volqoqrad vilayəti - 22 min ton (-1,4 faiz) və Tuva Respublikası - 9,8 min ton (-4,8 faiz) azalıb. Stavropol vilayətində hasilatın artımı qeyd edilib - 27,7 min ton (+3%).

Bütün kateqoriyalardan olan təsərrüfatlarda qoyun və keçilərin sayı bir il əvvəlki 20,8 milyon başdan 2023-cü ildə 20,3 milyon başa qədər azalıb.

Qeyd edək ki, Azərbaycanda da son illərdə qoyunların sayınd ciddi azalma gedir. Bu fonda ölkə ötən il Gürcüstandan 218 min baş diri qoyun idxal edib ki, gürcülər bunun mühüm hissəsinin Rusiyadan reixrac olduğunu bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR