İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Qazaxıstana rekord miqdarda xarici investisiya qoyulub

566 03.04.2023 12:11 Son xəbər A A

2022-ci ildə Qazaxıstan iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar birbaşa xarici investisiya qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hesabata əsasən, ötən il Qazaxıstana birbaşa xarici investisiyaların ümumi axını 28 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə (23,8 milyard dollar) müqayisədə 17,7 faiz çoxdur.

Qazaxıstana ən çox sərmayə Niderland tərəfindən qoyulub - 8,3 milyard dollar. Sonrakı yerlərdə ABŞ (5,1 milyard), İsveçrə (2,8 milyard), Belçika (1,6 milyard), Rusiya (1,5 milyard), Cənubi Koreya (1,5 milyard), Çin (1,4 milyard), Fransa (770 milyon dollar), Böyük Britaniya (661 milyon dollar) və Almaniya (469,5 milyon dollar) gəlir.

Sahə kontekstinə gəlincə, ən çox investisiya axını mədənçıxarma sənayesinə - 12,1 milyard dollar, emal sənayesinə - 5,6 milyard dollar, topdan və pərakəndə ticarətə - 5,1 milyard dollar, peşə, elmi və texniki fəaliyyətə - 1,2 milyard dollar, nəqliyyat və anbar təsərrüfatına 1,2 milyard dollar yönəldilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR