İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il ABŞ-ın neft ixracı rekord həddə çatıb

613 19.03.2024 01:31 Dünya A A

2023-cü ildə ABŞ neft ixracı üzrə tarixi rekorda imza atıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında məlumat açıqlanır.

Hesabatdan aydın olur ki, ABŞ neftinin əsas alıcısı Avropa olub: “ABŞ-dan neft ixracı 2023-cü ildə gündəlik orta hesabla 4,1 milyon barel olmaqla rekorda imza atıb ki, bu da 2022-ci ildə əldə edilmiş əvvəlki illik rekorddan 13 faiz (482 min barel) çoxdur. 2021-ci il istisna olmaqla, ABŞ-ın neft ixracı 2015-ci ildən bəri neft ixracatına qoyulan qadağanın aradan qaldırılmasından sonra hər il artıb”.

2023-cü ildə ABŞ-ın neft ixracında əsas yeri gündəlik 1,8 milyon barel olmaqla Avropa tutub. Bu həcm ABŞ-ın Asiya və Okeaniyaya ixrac etdiyi 1,7 milyon bareldən bir qədər çoxdur. Amerika neftinin əsas alıcı ölkələri Hollandiya, Çin, Cənubi Koreya, Kanada və Böyük Britaniyadır.

2023-cü ildə ABŞ-ın Hollandiyaya neft ixracı Rusiyadan tədarüklərə sanksiyalar və WTI xam neftinin Brentin tərkibinə daxil edilməsi səbəbindən 2022-ci illə müqayisədə 82 faiz (293 min barel artaraq 652 min barelə çatıb) artıb. Çin 2023-cü ildə gündəlik təqribən 452 min barel Amerika nefti alıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR