İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən günkü yubiley tədbiri və geridə qalan 30 il haqqında daha bir neçə söz...

773 22.11.2022 18:58 Yazarlar A A

Yeni Azərbaycan Partiyasının Sədri İlhamƏliyev'in dünən bu partiyanın yaradılmasının 30 illiyi münasibətilə təşkil olunmuş tədbirdə çıxışındakı tezizlər ölkəmiz üçün həm daxili ictimai-siyasi durum, həm də dövlətimizin beynəlxalq arenada tutduğu mövqe baxımından mükəmməl məlumat və gələcək üçün yolxəritəsi oldu. Dövlət başçısının nitqində yer alan məqamlar 30 il öncə yaranan və ölkəni yox olmaq təhlükəsindən xilas edərək bugünkü inkişaf zirvəsinə çatdıran siyasi komandanın lideri kimi zəfər və müvəffəqiyyət tarixi idi.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz insanların yürütdüyü siyasi kurs ölkəmizdə acı bir mənzərənin yaranmasına gətirib çıxarmışdı. Naşı siyasi qərarlar ölkədə xaosun, özbaşınalığın hökm sürməsini labud etmiş, respublika uçuruma yuvarlanmışdı.

Belə arzuolunmaz vəziyyətlə üzləşən insanların gözləri son ümid kimi ölkəni məhvolma təhlükəsindən xilas edərək xalqın həqiqi liderinə çevriləcək Heydər Əliyevə dikilmişdi.

Beləliklə, Prezident İlham Əliyev haqlı olaraq qeyd etdiyi kimi, ölkəmizin ən ağır günlərində Yeni Azərbaycan Partiyasının yaradılması, cəmiyyətin nüfuzlu, vətənpərvər üzvlərinin bu mötəbər qurumun ətrafında birləşməsi və ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın qurtulması ilə nəticələndi. Ulu öndərin tarixi qərarlarının nəticəsi olaraq sabitlik, quruculuq prosesi və modern islahatlar ölkəmizin inkişafına yeni nəfəs gətirdi. İqtisadi yüksəliş, ordu quruculugu, idarəetmədə şəffaflığln artırılması, mütəşəkkil cinayətkarlıqla mübarizə inkişafa gedən yolun başlanğıcı oldu. Azərbaycanın xilaskar lideri kimi Heydər Əliyev dövlət quruculuğu prosesini uğurla həyata keçirib ölkənin iqtisadi, siyasi və diplomatik təməllərini yaratdı.

Bu siyasətə olan inamın nəticəsi idi ki, 2003-cü ildə Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasətinə səs verdi və ulu öndərin “Mən ona özüm qədər inanıram” deyə təqdim etdiyi ugurlu namizəd kimi İlham Əliyev inkişaf sükanını ələ aldı. Ötən 19 ildə Prezident İlham Əliyevin Heydər Əliyev yolunu uğurla davam etdirdiyini təsdiqlədi və Azərbaycan sözün həqiqi mənasında intibah dövrünü yaşadı. Prezident İlham Əliyevin 8 noyabr 2020-ci ildə ulu öndərin məzarını, şəhidlərin abidəsini ziyarət edərək Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verməsi və şərəfli tarixin zirvə nöqtəsinə çevrildi.

Məhz Prezident İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsi olaraq qurulmuş möhkəm təməl üzərində Azərbaycanın sürətli inkişafı təmin edildi. Bu gün ölkəmiz regionun lider dövləti kimi beynəlxalq arenada tam söz sahibinə çevrilib. Məhz bu nüfuzun və gücün nəticəsidir ki, Azərbaycan xarici siyasətində nəinki öz maraqlarını həyata keçirmək imkanındadır, həm də ölkəmizə qarşı yönələn planları məhv etmək gücünə malikdir. Bir müddət öncə Fransa-Ermənistan cütlüyünün Frankofoniya təşkilatı çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planı da beləcə iflasa uğradl.

Prezident İlham Əliyevin bildirdiyi kimi, həmin qüvvələrin ölkəmiz əleyhinə hazırladığı qətnamədən bütün anti-Azərbaycan tezisləri çıxarıldı. Bununla Azərbaycan bir daha dünyaya sübut etdi ki, dövlət olaraq haqqımızı istənilən beynəlxalq müstəvidə qəbul etdirmək gücündəyik və Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət kursu Fransa-Ermənistan tandemi kimi qüvvələri Frankofoniyada olduğu kimi hər zaman rüsvayçılığa düçar edəcək.

Bu gün Azərbaycan belə uğursuz və cəfəng planlardan kənar işğaldan azad olunmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri aparır və bu bölgəmizin bütün dünya azərbaycanlıların fəxr, qürur ünvanına çevrilməsi işini görür.

Otuz il öncə YeniAzərbaycan adı siyasi arenaya daxil olanda bəlkə də bir çoxları bu ideyanın mahiyyətini başa düşmürdü. Həmin dövrü bu gün xatırladıqda isə gerçəkdən Yeni Azərbaycanın qurulduğunu görürük. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan hazırda yeni və uğurlu bir yola qədəm qoyub. Bu, həm də, haqq yoludur və bu yolda kimsə bizi hədəfimizdən döndərə bilməz!

Rəşad Mahmudov,
Tibb elmləri doktoru,
YAP İdarə Heyətinin üzvü

16225514843287225286_1000x669.jpg (76 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR