İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ay 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

408 05.04.2023 15:01 Son xəbər A A

Mart ayında 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə “Report”a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətdə 59 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 41 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 2 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 22 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 4 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR