İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyandan HƏYƏCANLI açıqlama: “Qarabağ erməniləri Azərbaycanın içində əriyəcək”

1299 23.07.2023 15:42 Son xəbər A A

“Paşinyan açıq şəkildə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyir və etiraf edir. Üstəlik, bunun müqabilində qarşılıqlı tələb irəli sürmür”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbuk videomüraciətində bildirib.

Oskanyanın fikrincə, Paşinyanın siyasətinin davamı olaraq sənədin imzalanması nəticəsində Qarabağ erməniləri Azərbaycanın tərkibində əriyib gedəcək.

“Bakı ilə Xankəndi arasında dialoqun olacağından bəhs edən tezis formallıqdır, xalqın gözünə kül üfürmək cəhdidir. Sənədi imzalayandan sonra dialoqun başlandığı andan hesab edin ki, artıq Qarabağ Azərbaycanın tərkibindədir və məsələ bağlanıb”, - deyə Oskanyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR