İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordular müharibə şəraitində: Ermənistan qoşunu sərhədə yığır – Polkovnik açıqladı

1865 19.06.2023 23:20 Son xəbər A A

Son təxribatlar fonunda Ermənistan ordusu döyüşə hazırlıq vəziyyətinə gətirilib. Əslində şərti sərhəd boyu yerləşən bölmələr hər iki tərəfdən “1 nömrəli” hazırlıq səviyyəsindədir. İndiki halda üz-üzə dayanan mövqelər var. Fakt odur ki, Azərbaycan və Gürcüstanla sərhəddə erməni əsgəri dayanır. İran və Türkiyə ilə Ermənistan sərhədində isə rus sərhədçiləri xidmət aparır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, erməni tərəfinin döyüş hazırlığı ilə bağlı yaydığı məlumatlar daha çox daxili auditoriya üçün edilmiş cəhddir:

“Çünki burada tərəflər öz mövqeyindədir və silahlar döyüşə hazır vəziyyətdədir. Ona görə də, bundan yüksək döyüş hazırlıq səviyyəsi olmur. Əslində yüksək döyüş hazırlığına keçid sülh dövründən müharibə şəraitinə keçiddə baş verir”.

Polkovnik hesab edir ki, hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri döyüşə hazır vəziyyətdə dayanıb:

“Bunun fonunda qarşı tərəfdən hər an bir təxribatın edilməsi gözlənilir. Son günlər Laçın və Zəngilan istiqamətində erməni təxribatının bütün mötivləri özünü məhz bu kontekstdə açıq şəkildə göstərir. Ona görə də, bu cür təxribatların hər an təkrarlanması ehtimalı yüksəkdir. Tərəflər arasında ciddi sülh razılaşması olmadığına görə, bu, artıq müharibə şəraiti deməkdir. Müharibə şəraitindən yüksək bir vəziyyət isə mövcud deyil”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR