İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ ölkələrinin neft qiymətini saxlamaq cəhdi iflasa uğraya bilər – Çində…

350 29.05.2024 19:26 Dünya A A

Çində xammala olan tələbatın azalması OPEC+ razılaşması ölkələrinin neft bazarında qiymətləri qorumaq səylərini təhlükə altına alır.

Musavat.com xəbər verir ki, bu fikirlə "Bloomberg" Agentliyi çıxış edib.

Agentliyin məlumatına görə, Çin neft emalı zavodları neft emalını azaldır, çünki ölkənin sənaye fəaliyyətinin yavaşlaması və mənzil böhranı plastik və yanacağa tələbatın zəifləməsinə səbəb olur. Buna görə də Çin iki əsas OPEC+ ölkəsi olan Səudiyyə Ərəbistanı və Rusiyadan neft alışını məhdudlaşdırır.

Agentliyin hesablamalarına görə, aprel ayında Çində neft emalının həcmi sutkada 14,36 milyon barel təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 4 faiz azdır və dekabrdan bəri ən aşağı göstəricidir. Mysteel OilChem məlumatlarına görə, Şandun əyalətində cəmləşmiş kiçik müstəqil neft emalı zavodları bir il əvvəlki 62 faizlə müqayisədə indi gücün yalnız 55 faizindən istifadə edir.

“Energy Aspects Ltd” konsaltinq şirkəti qeyd edir ki, iri dövlət neft emalı zavodları da mövsümi təmir başa çatdıqdan sonra fəaliyyətini sürətləndirməyə tələsmir.

Çində neft məhsullarının istehlakı 2022-ci ilin dekabrından bəri ilk dəfə aprel ayında azalıb. Son altı həftə ərzində ABŞ və dünyanın digər ölkələrindən kifayət qədər təklif fonunda Çində xammala tələbat perspektivlərinin pisləşməsi nəticəsində dünya bazarında neftin qiyməti bir barel üçün təxminən 10 dollar ucuzlaşıb.

Neft qiymətlərinin düşməsi yüksək inflyasiya ilə mübarizə aparan istehlakçılar və qlobal mərkəzi banklar üçün müsbət olsa da, Səudiyyə Ərəbistanı və onun OPEC+ tərəfdaşları üçün gəlirləri azaldır. Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Ər-Riyadın iddialı iqtisadi inkişaf planını maliyyələşdirməsi üçün neft qiymətlərinin 100 dollar civarında olması lazımdır.
OPEC+ ölkələrinin növbəti iclası iyunun 2-də keçiriləcək və orada hasilata tətbiq edilən mövcud məhdudiyyətlərin uzadılması gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR