İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ ölkələri neft hasilatını kəskin azaltmaq qərarına gəldi, Azərbaycan qərarı DƏSTƏKLƏDİ

1468 05.10.2022 19:55 İqtisadiyyat A A

OPEK+ ölkələri nazirləri noyabrdan etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaqla bağlı qərar qəbul ediblər.

Musavat.com xəbər verir ki, OPEK-in saytında yerləşdirilən məlumata görə, Vyanada keçirilən görüşdə nazirlər həmçinin hasilatın azaldılmasına dair razılaşmanın müddətinin 2023-cü ilin sonunadək uzadılması barədə razılığa gəliblər.

Alyans ölkələrinin qərarına əsasən bundan sonra monitorinq komitəsi iki aydan bir, nazirlər isə altı aydan bir toplaşacaq. Bununla yanaşı, monitorinq komitəsi zəruri hesab etdiyi vaxt nazirlərin görüşməsinə dair qərar qəbul edə bilər.

Hasilatın azaldılması üçün baza göstərici 2022-ci ilin avqust ayındakı orta gündəlik hasilat götürüləcək.

OPEK+ nazirləri hasilatın azaldılması qərarını dünya iqtisadiyyatında və neft bazarındakı qeyri-müəyyənliyi nəzərə alaraq qəbul etdiklərini bildiriblər.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR