İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK haqlıdır, yoxsa Beynəlxalq Enerji Agentliyi?

340 12.03.2024 12:24 İqtisadiyyat A A

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Beynəlxalq Enerji Agentliyinin (IEA) 2024-cü ildə neftə tələbat artımı ilə bağlı proqnozları arasındakı uyğunsuzluq 2008-ci ildən bəri ən yüksək səviyyədə olub.

Musavat.com xəbər verir ki, bunu “Reuters”in apardığı araşdırma üzə çıxarıb.

Agentlik xatırladır ki, qlobal neft bazarının vəziyyəti ilə bağlı fevral hesabatında BEA 2024-cü ildə tələbatın sutkada 1,22 milyon barel, OPEC isə analoji hesabatda 2,25 milyon barel artacağını proqnozlaşdırmışdı. Proqnozlar arasındakı fərq qlobal neft tələbinin təxminən 1 faizini təşkil edib.

Agentlik 2008-ci ildən bəri BEA və OPEC-in aylıq hesabatlarından neftə tələbat artımı ilə bağlı proqnozları təhlil edib. Təhlil üçün müddət seçilərkən 2008-ci ildəki maliyyə böhranından 2020-ci ilin pandemiyasına və sonradan tələbin bərpasına qədər “həddindən artıq qeyri-sabitlik” ilə xarakterizə olunması nəzərə alınıb. 16 illik bütün hesabatların təhlilindən belə çıxır ki, 2024-cü ilin fevralında neftə tələbatın sutkada 1,03 milyon barel artımı proqnozunda uyğunsuzluq seçilmiş dövr üçün ən böyük olub.

“Reuters” həmçinin neftə tələbat artımı ilə bağlı proqnozlarını verən 26 analitik arasında sorğu keçirib. Agentlik vurğulayır ki, onların əksəriyyəti BEA-nın nöqteyi-nəzərini dəstəkləyir və 2024-cü ildə göstəricinin orta hesabla 1,5 milyon barel artacağını gözləyir.

Eyni zamanda, sorğuda iştirak edən analitiklərin əksəriyyəti BEA-nın neftə tələbatın 2030-cu ildə pik həddə çatacağına dair proqnozundan fərqli mövqedədilər. Onlar OPEC-in 2045-ci ilə qədər uzanan ən uzunmüddətli proqnozunda neft tələbinin pik həddə çatacağını gözləməyən fikirləri dəstəkləyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR