İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK-dən sərt etiraz: Bu, qlobal enerji xaosu yarada bilər

655 14.09.2023 23:55 İqtisadiyyat A A

Beynəlxalq Enerji Agentliyinin 2030-cu ildən sonra neft və qaza tələbatın kəskin azalacağına dair proqnozu neft istehsal edən ölkələrin birliyi olan OPEK-də qəzəblə qarşılanıb.

Təşkilatın yaydığı açıqlamada qeyd olunur ki, BEA-nın qalıq yanacaq dövrünün sonunun başlanğıcı ilə bağlı proqnozları məlumatlara deyil, ideologiyaya əsaslanır: “Onların baxışları tez-tez neft və qaza investisiyaların dayandırılması çağırışları ilə müşayiət olunur ki, bu da enerji xaosuna səbəb ola bilər”.

Qeyd edək ki, bu həftə BEA neft, təbii qaz və kömür istehlakı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. Agentliyin məlumatına görə, bu yanacaq növlərinə tələbat 2030-cu ilə qədər pik həddə çatacaq, bundan sonra isə azalacaq. Azalmaya səbəb kimi bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artması göstərilir. BEA-nın rəhbəri Fatih Birol maliyyə çatışmazlığı və mümkün tənqidlərə baxmayaraq, siyasətçilərin enerji keçidini sürətləndirmək və emissiyaları azaltmaq üçün hərəkətə keçməli olduğunu qeyd edərək, “Biz qalıq yanacaq dövrünün sonunun başlanğıcını görürük və növbəti dövrə hazırlaşmalıyıq” deyib.

OPEC öz bəyanatında BEA-nın proqnozunu faktlara deyil, ideologiyaya əsaslanan “son dərəcə riskli və praktiki olmayan” adlandırır. Alyans vurğulayır ki, oxşar proqnozlar əvvəllər də verilib - əvvəlcə təklifin pik həddi, sonra tələbin pik həddi haqqında, lakin onların heç biri təsdiqlənməyib. Eyni zamanda alyans analitiklərinin fikrincə, bu cür bəyanatlar hazırda yeni neft-qaz layihələrinə investisiyaların dayandırılması çağırışlarına səbəb ola bilər.

“Bu cür bəyanatlar yalnız qlobal enerji sistemini təsiredici uğursuzluğa düçar edir. Bu, onun potensialında görünməmiş miqyasda enerji xaosuna səbəb olacaq: iqtisadiyyat və bütün dünyada milyardlarla insan üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”, - OPEK-in baş katibi Haitham al-Ghais bildirib.

Neft İstehsalçıları Alyansı qeyd edir ki, BEA-nın proqnozunda bu gün qalıq yanacaqların qlobal enerji kompleksinin 80 faizini təşkil etməsi, eləcə də sənayenin emissiyaların azaldılmasında texnoloji tərəqqi əldə etməsi nəzərə alınmır.

“Dünyanın enerji yoxsulluğunun aradan qaldırılması, artan enerji tələbatının ödənilməsi və emissiyaların azaldılması ilə yanaşı enerjinin sərfəliliyinin təmin edilməsi problemi ilə üzləşdiyini dərk edərək, OPEK heç bir enerji mənbəyindən və ya texnologiyasından imtina etmir. Alyans hesab edir ki, bütün maraqlı tərəflər eyni şeyi etməlidir” - Haitham al-Ghais vurğulayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR