İnsanlara hürriyət, millətlərə istiqlal!

Onun cəmi 2 il ömrü qalıb: Dəfn üçün hər şey hazırdır - ŞOK FOTO

1842 31.03.2024 11:47 Dünya A A

Prostat xərçəngindən əziyyət çəkən İngiltərə kralı III Çarlz mədəaltı vəzi xərçənginə də tutulubmuş. Belə məlum olur ki, xəstəlik ictimaiyyətin bildiyindən daha çox irəliləyib. İddialara görə, kralın cəmi iki il ömrü qalıb. Bu səbəbdən də artıq dəfn mərasiminə hazırlıqlar gedir.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "In Touch" jurnalı məlumat yayıb.

Xəbəri Bukingem sarayındakı mənbələrinə istinadən yayan "In Touch"a görə, kralın dəfn mərasimində "Operation Menai Bridge" kod adı istifadə ediləcək və mərasim Kraliça Elizabetin "Operation London Bridge" kod adlı dəfn mərasiminə bənzəyəcək.

"Menai Körpüsü Əməliyyatı" tanış protokolları əhatə edəcək. Monarx öləndə onun cənazəsi Bukingem sarayındakı taxt otağından Westminster Hall-a aparılacaq. Dəfn mərasimi doqquz gün sonra keçiriləcək və o, rəsmi dövlət mərasimi ilə torpağa tapşırılacaq. Kral böyük ehtimalla Vindzor qəsrindəki kral qəbiristanlığında dəfn ediləcək.

Adı açıqlanmayan kraliyyət üzvü "In Touch"a bildirib: "Dəfn mərasimi Britaniya monarxına yaraşan şəkildə, təmtəraqlı olacaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR