İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onu Ukrayna rejimi öldürdü" - Aleksandr Duqin qızının ölümündən DANIŞDI

1683 22.08.2022 18:29 Gündəm A A

Rusiya prezidenti Vladimir Putinin mentoru kimi tanınan, siyasi ekspert Aleksandr Duqinin qızı Darya Duqinanın öldürülməsi dünya gündəmini zəbt edib.

Musavat.com xəbər verir ki, qızı gözləri önündə vəhşicəsinə qətlə yetirilən Duqin səssizliyini yazılı açıqlama ilə pozub.

Daryanın heç vaxt müharibə və şiddəti müdafiə etmədiyini bildirən Duqin "Onu Ukrayna rejimi öldürdü. Rusiyanın düşmənləri onu məkrli və üstüörtülü şəkildə öldürdülər", - deyə qeyd edib.

Qızının gözləri önündə baş verən partlayışda vəhşicəsinə öldürüldüyünü bildirən Duqin qızının vətənpərvər, müharibə müxbiri və şərh yazan ekspert olduğunu bildirib. 

"O, öz-özlüyündə yüksələn ulduz idi. Rusiyanın düşmənləri onu məkrli şəkildə qətlə yetiriblər, lakin bizi qorxuda bilməyəcəklər. Darya Duqinanın dəfn mərasimi avqustun 23-də saat 10:00-da Ostankino Televiziya Mərkəzində keçiriləcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR