İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onlar Qarabağla bağlı sualdan qulyabanı görmüş kimi qaçdılar"

1520 26.08.2023 21:18 Qarabağ xəbərləri A A

Ermənistana bu ilin sentyabr ayında İrəvan merliyinə seçkilər keçiriləcək. Həmin seçkilərdə müxalif namizədlərdən biri də Ermənistan parlamentinin keçmiş üzvü Andranik Tevanyandır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Tevanyanla bağlı bu gün maraqlı bir hadiə yaşanıb.

İrəvanın Erebuni inzibati dairəsində seçicilərlə görüş zamanı “Ana Ermənistan” blokunun liderinə polis əməkdaşları yaxınlaşıb.

Polislər Tevanyandan “Alyans üzvləri hansı istiqamətdə hərəkət etməlidirlər?” - deyə soruşublar. Tevanyan suala suallarla cavab verib: Qarabağ məsələsində sizin mövqeyiniz necədir, siz də Paşinyan kimi Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu düşünürsünüz?

Sualları dinlədikdən sonra polislər qəfildən aralanıblar.

“Belə çıxır ki, polis Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması məsələsindən qulyabanı görmüş kimi qaçır. Dərhal qaçıb, siyasətə qarışmadıqlarını deyirlər. Amma bu, siyasi məsələ deyil”, - deyə, revanşist Tevanyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR